İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trass: "Britaniya Ukraynanı dəstəkləməyə davam etməlidir" - VİDEO

Baş nazir postundan istefa verən Liz Trass “Dauninq Strit” küçəsindəki iqamətgahı qarşısında son dəfə çıxış edib.

APA-nın Britaniya bürosu xəbər verir ki, o, Baş nazir olmağın böyük şərəf olduğunu deyib.

Liz Trass bildirib ki, hökumət zəhmətkeş ailələr və biznes sahəsi üzrə təcili və qətiyyətlə hərəkət edib.

O qeyd edib ki, Britaniya “Brexit”in gətirdiyi azadlıqlardan istifadə etməlidir.

Sabiq Baş nazir əlavə edib ki, ölkəsi Ukraynanı dəstəkləməyə davam etməlidir.

Çıxışdan sonra Liz Trass istefasını rəsmi olaraq Karl Çarlza təqdim etmək üçün Bekinqem sarayına yola düşüb. Liz Trassdan dərhal sonra isə Kral Rişi Sunak ilə görüşəcək və ona rəsmi olaraq hökumət kabinetini qurmağa çağıracaq. Daha sonra isə Rişi Sunak Baş nazir iqamətgahı qarşısında ilk dəfə çıxış edəcək.

Aytən ABBASLI,
APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR