İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviyada İŞİD qurbanları olduğu ehtimal edilən kütləvi məzarlıq TAPILDI

Liviyanın qərbində yerləşən Sirte şəhərindəki kütləvi məzarlıqda 18 cəsəd tapılıb.

Musavat.com xəbər verir ki, Hökumətin İtkinlərin Axtarış və Təsbiti Departamentindən verilən yazılı açıqlamaya görə, ötən həftə Sirtenin Seba bölgəsində kütləvi məzarlıq aşkar olunub.

Hakimiyyət orqanlarının səyi nəticəsində kütləvi məzarlıqdan hələlik şəxsiyyəti müəyyən edilməmiş 18 nəfərin meyiti çıxarılıb.

Məhkəmə tibb ekspertizaya göndərilən meyitlərdən götürülən nümunələrin laborator müayinəsindən sonra şəxsiyyətlərinin müəyyənləşdirilməsi gözlənilir. 

Qeyd edək ki, Terror təşkilatı olan İŞİD-in 2015-ci ilin əvvəlində nəzarəti ələ keçirdiyi Sirte şəhəri 2016-cı ilin dekabrında terrorçulardan azad edilib. 

Ölkədəki müvafiq qurumlar bildirir ki, zaman-zaman İŞİD-in nəzarətində olan ərazilərdə kütləvi məzarlıqlara rast gəlinir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR