Onlayn ictimai-siyasi qəzet
"Liverpul" ulduz futbolçusu Məhəmməd Salahla yeni müqavilənin detallarını razılaşdırıb.
Məlumatı "Mirror" yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı hücumçu ilə gələn ilin yayında başa çatacaq müqavilənin müddəti daha 2 il uzadılacaq.
Misirli futbolçu 3 illik müqavilə üçün israr etsə də, ilkin olaraq 1 illik anlaşma təklif edən "Liverpul" onunla ortaq məxrəcə gəlib.
Qeyd edək ki, Salahla danışıqlarda maliyyə probleminin olmadığı vurğulanır, çünki o, artıq həftədə 400 min funt-sterlinq maaşla Liverpulun ən yüksək maaş alan oyunçularından biridir. (fanat.az)
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ