Onlayn ictimai-siyasi qəzet
Litvanın hüquq-mühafizə orqanları "Vətən İttifaqı - Litvanın Xristian Demokratları" mühafizəkar partiyasının üzvünü Rusiyanın maraqları naminə casusluqda şübhəli bilirlər.
Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Litva Baş Prokuroru Arturas Urbelis bununla bağlı xüsusi bəyanat da verib.
Yerli medianın məlumatına əsasən söhbət Eduardas Manovas adlı siyasətçidən gedir.
Urbelisin sözlərinə görə, ibtidai istintaq yekunlaşıb və iş tezliklə məhkəməyə göndəriləcək.
Həmin şübhəli şəxs Litvalıdan başqa Rusiya vətəndaşlığına malikdir və 2018-ci ildə Litvaya gəldikdən sonra tapşırıqla Rusiya təhlükəsizlik qüvvələrini maraqlandıran məlumatlar toplayıb.
Litva hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, məlumat mübadiləsi şifrlənmiş radio rabitəsi vasitəsilə həyata keçirilib. İstintaq zamanı “mürəkkəb casus avadanlığı” aşkar edilərək götürülüb.
Dövlət Təhlükəsizliyi Departamentinin direktor müavini Remigijus Bredikis casusun Litvadakı mühacirlərin fəaliyyəti, daxili və xarici siyasət, hərbi təlimlərə hazırlıq, müdafiə potensialı ilə bağlı informasiyalar ötürdüyünü söyləyib.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ