Onlayn ictimai-siyasi qəzet
Litvanın baş naziri İnqrida Şimonite bildirib ki, ölkə Ukraynaya öz hərbi təlimatçılarını göndərməyə hazırdır. Siyasətçinin fikrincə, Litva hərbçiləri digər müttəfiq dövlətlərlə birlikdə Ukrayna ordusuna hərbi təlimlərdə kömək edə bilərdilər.
Musavat.com xəbər verir ki, Şimonite Bloomberg-ə verdiyi müsahibədə bunu etməyə hazır olan ölkələrlə əməkdaşlığa hazır olduqlarını deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron gələn həftə Normandiyada keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenskiyə müəyyən “planlar” barədə məlumat verdiyini bildirib. Bir sıra KİV-lər hesab edirlər ki, bu vaxta qədər Paris Ukrayna hərbçilərinə kömək üçün Qərb hərbi təlimatçılarının göndərilməsi barədə razılığa gəlmək niyyətindədir.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ