Onlayn ictimai-siyasi qəzet
Tehran şəhər bələdiyyəsində baş verən liftlə bağlı dəhşətli qəza nəticəsində qadın işçilərdən biri faciəli şəkildə dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bununla bağlı binanın daxilində quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntüləri yayıb.
Videoda qəzanın necə baş verdiyi aydın şəkildə görünür. Məlum olur ki, bələdiyyə işçisinin başı söhbətə qarışdığından liftin gəldiyini vaxtında görməyib. Yanındakı həmkarı isə qapının bağlanmasının qarşısını almaq məqsədilə sənəd qovluğunu liftin qapısına sıxışdırıb. Təəssüf ki, qapı yenidən açıldıqda lift artıq hərəkətə keçmiş olub və qadın işçi ehtiyatsızlıqdan boşluğa yıxılaraq həyatını itirib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ