Onlayn ictimai-siyasi qəzet
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, mərhum çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.
Musavat.com xəbər verir ki, söhbət zamanı ümummilli lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb.
Görüşdə ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri də xatırlanıb. Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olub. Onların əmiləri Camal və Hüseyn Şahiyevlər isə Birinci Qarabağ müharibəsində şəhid olublar.
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ