İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyla Abdullayeva bu ölkəyə səfir təyin edildi – DOSYE

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Musavat.com xəbər verir ki. bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Əslən Quba rayonu Uzunmeşə kəndindəndir. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, Azərbaycanın regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.

Leyla Abdullayeva 9 iyul 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 4 oktyabr 2018-ci il tarixindən 17 oktyabr 2022-ci il tarixinədək XİN-in mətbuat xidmətinin rəhbəri vəzifənisini icra edib.

Leyla Abdullayeva ailəlidir və iki övladı var. Həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandaki səfiridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR