İnsanlara hürriyət, millətlərə istiqlal!

Leyborist partiyası Liz Trassın baş nazir postundan getməsini tələb edir

Böyük Britaniyanın müxalif Leyborist partiyasının rəhbərliyi baş nazir Liz Trassın öz postunu dərhal tərk etməsini istəyir.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, bu barədə leyborist deputatların kölgə kabinetinin üzvü Pet Makfedden bildirib. “Biz hesab edirik ki, o getməlidir”, - deyən siyasətçi qeyd edib ki, ölkə bazarında xaotik vəziyyət yaradan iflasa uğramış iqtisadi proqram elan edildikdən sonra Trass baş nazir postunda qala bilməz.

Eyni zamanda, üç mühafizəkar deputat da bazar günü Baş naziri postunu tərk etməyə çağırıb.

Britaniya mətbuatının şənbə günü axşam yaydığı məlumata görə, oktyabrın 17-də sabiq nazirlər də daxil olmaqla, parlamentin tori fraksiyasının nüfuzlu üzvləri Liz Trassın gələcəyini müzakirə etmək üçün toplaşacaqlar. Mühafizəkar partiyanın yüzə yaxın deputatı hökumət başçısının istefasını dəstəkləyə bilər, lakin hələlik Trassın əleyhdarları Baş nazirə etimad votumu təşəbbüsünü irəli sürə bilmirlər. Bunu Baş nazirin vəzifəyə keçdikdən sonrakı birinci ildə etmək olmaz, lakin əgər Trassa etimadın itdiyini fraksiya üzvlərinin yarısı (356 nəfərdən 178-i) bəyan edərsə, bu qaydaya yenidən baxıla bilər.

Xatırladaq ki, Liz Trass baş nazir postunda vəzifəsinin icrasına sentyabrın 6-da başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR