İnsanlara hürriyət, millətlərə istiqlal!

Ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi - deputatın yazısı


Dünən, mayın 7-də Slovakiyanın Baş naziri cənab Robert Fitsonun Azərbaycana rəsmi səfəri baş tutdu və bu səfəri Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı baxımından tarixi adlandırmaq olar. Təkcə ona görə ki, səfər çərçivəsində Slovakiya və Azərbaycan araslnda strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Bu, çox ciddi siyasi sənəddir və şübhəsiz ki, Bəyənnamə gələcək əlaqələrimizi ən yüksək səviyyəyə qaldıracaqdır. Zatən, imzalanan digər sənədlər, xüsusilə, hərbi və müdafiə sahəsində əməkdaşlıq, birgə istehsal sahələrinin yaradılması və Ağdamın Qərvənd kəndinin “ağıllı” konsepsiya əsasında yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakı barədə razılıq bu, Bəyannamənin strateji ağırlığını ilk gündən ortaya qoymuş oldu.

Hər iki ölkə Liderinin mətbuata verdiyi açıqlamada diqqəti çəkən bir sıra məqamları da qeyd etmək istərdim.


Slovakiyanın Baş naziri cənab Robert Fitsonyn Azərbaycan və cənab Prezident İlham Əliyev haqqında dediyi fikirlər çox qiymətlidir: “ Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq. Siz suveren ölkəsiniz. Azərbaycanın ləyaqətli və suveren xarici siyasəti bizim üçün nümunədir. Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin. Bizim kimi ölkələr bir araya gəldikdıə nəticələr çox gözəl ola bilər”.
Bu həqiqəti Avropa İttifaqı və NATO-nun üzvü, Avropanın inkişaf etmiş və demokratik bir ölkəsi olan Slovakiyanın Baş nazirinin dilindən eşitmək çox qürurvericidir.
Bu fakt bir daha onu göstərir ki, Azərbaycan dünyada “dövlət ləyaqətliyi” və “suverenliyi”anlayışına real məzmun verən ölkədir, ədalətsizliyə və ikili standartlara qarşı mübarizə aparan, ləyaqətli və müstəqil siyasət yürütmək istəyən bütün ölkələr üçün əsl nümunədir.

Azay Quliyev, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR