İnsanlara hürriyət, millətlərə istiqlal!

Levandovski "Qızıl top"a əsas namizədini açıqladı

"Barselona"nın hücumçusu Robert Levandovski "Qızıl top"a əsas namizədin adını açıqlayıb.

Qol.az xəbər verir ki, polşalı hücumçusu "Movistar"a açıqlamasında bununla bağlı deyib: "Bəli, Kərim Benzema favoritlər sırasındadır. Təbii ki, mükafatın təqdimatı ləğv olunmasa, o, yəqin ki "Qızıl top"u qazanacaq".

Xatırladaq ki, 2020-ci ildə “Qızıl top” koronavirus səbəbindən verilməmişdi və Levandovskinin özü o zaman mükafata əsas namizəd idi.

Qeyd edək ki, "Qızıl top"un mükafatlandırma mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR