Onlayn ictimai-siyasi qəzet
Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Hadisə Lənkəran-lerik yolunun 51-ci km-də baş verib.
Belə ki, Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi pikap tipli minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, bir nəfər ölüb, avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Ölən şəxsin İsmayıllı rayon sakini olduğu, Lerikdə usta kimi çalışdığı bildirilir.
Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.//Report
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ