İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun “Mir” yalanı: Azərbaycan Mərkəzi Bankı təkzib etdi...

Dekabrın əvvəllərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə ölkəmizdə Rusiyanın “Mir” ödəniş sistemi və eyniadlı bank kartına böyük maraq olduğunu bildirib, hətta 3 bankın artıq bu kartlara xidmət göstərdiyini iddia edib.

Qeyd edək ki, “Mir” sistemini Rusiya Qərbin sanksiyalarından sonra yaradıb və məqsədi SWIFT beynəlxalq ödəniş sisteminə alternativ formalaşdırmaqdır. ABŞ və Avropa İttifaqı bu sistemdən Rusiyanın sanksiyalardan yayınması üçün istifadə edildiyi qənaətindədir. ABŞ Maliyyə Nazirliyinin bununla bağlı kəskin xəbərdarlığından sonra Rusiyadan kənarda “Mir” kartlarına xidmət göstərilən əksər ölkələrdə bu proses dayandırılıb. Bu halda, Azərbaycanda ABŞ-ın qara siyahısına düşmək riskini nəzərə almadan “Mir”ə xidmət göstərən hansı banklardır?

Musavat.com-un bununla bağlı sorğusuna Azərbaycan Mərkəzi Bankından verilən cavabda ölkəmizdə heç bir bankın “Mir” sisteminə qoşulmadığı, eyniadlı karta xidmət göstərmədiyi bildirilir: “Hazırda “MİR” ödəniş kartları Azərbaycanda fəaliyyət göstərən bankların ekvayrinq şəbəkəsində qəbul edilmir. Mərkəzi Bank tərəfindən bu barədə banklara tövsiyələr verilməmişdir”.

AMB-dən o da bildirilir ki, banklar öz biznes qərarlarının verilməsində sərbəstdirlər və bu istiqamətdə hər hansı bir qərar qəbul edərkən təşkilatda tətbiq edilən risk idarəetmə çərçivəsinə və komplayens tələblərinə uyğun olaraq həyata keçirirlər.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR