İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov xəstəliyinə görə postundan gedir-varisi də bilindi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səhhəti əvvəlki kimi işləməyə imkan vermir və  prezident Putin onu istefaya göndərməyə razılaşıb. Xarici işlər nazirinin mövqeyi əsasən simvolik xarakter daşıyır. Rusiya Konstitusiyasına görə, xarici siyasətə prezident cavabdehdir. Bu mənada Xarici İşlər Nazirliyi sadəcə olaraq dövlət başçısının tapşırıqlarını icra edən bir aparatdır. Ona görə də bu vəzifədə Lavrovun yerinə kimin gələ biləcəyi ilə bağlı şayiələr mütəmadi olaraq yayılır.

Musavat.com  Rusiya mediasına istinadən bildirir ki, son vaxtlar onun səhhəti  diplomatın iş əmsalını və mövqeyini xeyli zəiflədib, ona görə də  Kreml 20 ildir nazir olan Lavrovun yerini tuta biləcək  namizədləri nəzərdən keçirir. O da sirr deyil ki, Lavrov artıq neçə ildir işdən getmək istəyir, bir neçə dəfə dövlət rəhbərliyinə də yorulduğu haqda mesajlar verib.

Mənbələr əmindir ki, nazirin vəziyyəti o qədər pisləşib ki, bu, onun işinə mənfi təsir edir, tez-tez  əsəbiləşir və çox vaxt pis əhval-ruhiyyədə olur.  Bu da Lavrovun tez-tez özündən çıxmasına və  diplomatik qalmaqala səbəb olur.  O da bildirilir ki, artıq İsrailin ən yaxşı klinikalarının birində Lavrovun müalicəsi üçün plan hazırlanıb. Yada salaq ki, Lavrovun kürəkəni və qızı  İsrail  vətəndaşlarıdır.

İddialara görə, Putin Lavrov çoxdan gözlənilən təqaüdə çıxmazdan əvvəl ABŞ-la mümkün sövdələşmənin parametrlərinin müzakirəsini başa çatdırmaq tapşırığı verib.

Etiraf etmək lazımdır ki, məhz Lavrovun xarici işlər naziri olduğu dövrdə Rusiya Qərblə diplomatik qarşıdurmaya sürüklənib. Bunlara baxmayaraq, Krem hesab edir ki, Xarici İşlər Nazirliyinin islahatlara ehtiyacı var və nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Rusiya Xarici İşlər Nazirliyinin yeni rəhbərinin Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev olacağı söylənilir.

Bu vəzifəyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin təyin ediləcəyi də mümkün variant kimi görünür.  İndi ABŞ-la  danışıqlarda Dmitriyevin personası önə çıxıb.    

Ekran şəkli 2025-04-26 104315.jpg (70 KB)

Qeyd edək ki, Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.

1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda 10 il çalışıb. 2004-cü il fevralından Rusiyanın xarici işlər naziridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR