İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov və Mirzoyan İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında sülh müqaviləsi parametrlərinin işlənməsi kontekstində gələcək addımları müzakirə ediblər.

“Report”un xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Diqqət regional məsələlərə yönəlib. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəlik bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, işlərin görülməsi kontekstində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”, - Rusiyanın xarici siyasət idarəsinin xəbərində deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR