İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: "Ukrayna böhranı Rusiyanı daha da gücləndirəcək"

Ukrayna böhranı yeni çoxqütblü dünyanın formalaşmasında həlledici mərhələ olacaq və Rusiya bundan sonra güclənəcək.

Musavat.com xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Peterburq Beynəlxalq İqtisadi Forumu (PMEF) çərçivəsində müsahibə verərkən deyib.

“Ukraynadakı vəziyyət sadəcə bir epizoddur. Əsas, ciddi, bəlkə də həlledici, lakin yenə də bu, çoxqütblü dünyanın formalaşması prosesinin bir hissəsidir”, - deyə o bildirib. "Mən əminəm ki, Rusiya bu vəziyyətdən daha da güclü çıxacaq", - Lavrov vurğulayıb.

Bununla bağlı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyanın əvvəlki müharibələrdən - Aleksandr Nevskinin dövründəki savaşdan, 1812-ci il vətən müharibəsidən, sovet-alman müharibəsindən necə çıxdığını xatırladıb. “Bu qələbələr Rusiyaya bütün ruslara, xalqımıza güc, özünə inam, enerji verdi, öz ölkəsini daha da yaxşılaşdırsın, övladlarını bizim adət-ənənələrimizdə böyütsün, belə ki, uşaqlar tarixi bilsinlər, valideynlərinə və ölkəmizi yaradan bütün əcdadlara hörmət etsinlər. ”, - deyə Lavrov qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR