İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: “Türkiyədəki qaz habı “Şimal axın”larındakı itkiləri kompensasiya edəcək”

“Şimal axını” qaz kəmərlərindəki partlayışlardan sonra yaranan itkiləri hazırda Türkiyədə yaradılan qaz habı kompensasiya edəcək”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Böyük iyirmiliy”in İndoneziyada keçirilən sammitində deyib.

“Şimal axını” kəmərlərində baş verən partlayışlardan sonra Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz habı yaradılmasını təklif etmişdi. Bu layihə hələ müzakirə mərhələsindədir. 

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, dekabrın əvvəllərində azərbaycanlı və türkmənistanlı həmkarları ilə qaz habı layihəsini müzakirə edəcək. Ərdoğan həmçinin qeyd etmişdi ki, qaz habı Trakyada yaradıla bilər. 

Qeyd edək ki, bu il sentyabrın 27-də Danimarkanın Bornholm adasının şimal-şərqindəki iqtisadi zonada, “Şimal axını” kəmərinin keçdiyi ərazidə qaz sızması qeydə alınıb. Hadisədən bir neçə gün sonra Avropada təbii qazın qiyməti dəfələrlə qalxıb. 

Mənbə: Gazeta.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR