İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Mirzoyanı qəbul etdi - FOTO

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada səfərdədir.

Musavat.com xəbər verir ki, Lavrov və Mirzoyan təkbətək danışıqlardan əvvəl görüşüblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram”da məlumat verib ki, Rusiya və Ermənistan xarici işlər nazirləri ikitərəfli məsələləri, Avrasiya İqtisadi İttifaqı və digər birliklər çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.

Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetiriləcək, Ermənistan və Azərbaycan arasında normallaşmaya nail olunması vurğulanacaq.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə mətbuat konfransında Mirzoyanın Rusiyaya dəvət olunduğunu bildirmişdi.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR