İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lavrov lazım olmayan sözü demək qərarına gəldi" - Qazinyan

“Lavrov deyilməsi lazım olmayan sözü demək qərarına gəldi”.

Konkret.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını şərh edən Ermənistan Milli Assambleyasının keçmiş deputatı Artur Qazinyan yazıb.

“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artması üçün Qərb heç nə edə bilməz, Rusiya bu istiqamətdə bütün lazımi tədbirləri görür.

Burada Lavrov kimi təcrübəli və siyasi savadlı diplomatdan söhbət gedirsə, səhv etmək mümkün deyil. O, bunu deyə bilməzdi, başqa cür təsvir edə bilərdi. Amma birdən-birə çoxəsrlik Ermənistan-Rusiya dostluğuna, çoxsaylı ikitərəfli və çoxtərəfli müqavilələrə, strateji münasibətlərin prinsip və əsaslarına zidd olan bir şey söyləmək qərarına gəldi.

Amma niyəsini hələ də anlamıram. Yox, başa düşürəm, amma inana bilmirəm”, – deyə Qazinyan bildirib.

Xatırladaq ki, dünən 30 ildə birinci dəfə Sergey Lavrov Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini bəyan edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR