İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyada deputata CİNAYƏT İŞİ AÇILDI - Rusiya xüsusi xidmət orqanları ilə...

Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti Avropa Parlamentinin deputatı, "Latviya Rusiya İttifaqı" partiyasının rəhbəri Tatyana Jdanok barəsində cinayət işi açıb.

Musavat.com xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Təhlükəsizlik Xidməti onun Rusiya kəşfiyyat xidmətləri ilə əlaqədə olduğundan şübhələnir.

Yanvarın sonunda mediada məlumat yayılıb ki, Jdanok 2005-ci ildən FTX-nin kuratorlarının rəhbərliyi altında işləyir. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidməti mətbuatda yayılan məlumatların yoxlanılacağını açıqlayıb.

Dövlət Təhlükəsizlik Xidməti bəyan edib ki, deputat statusu və hüquqi toxunulmazlıq xanım Jdanoka Rusiyanın geosiyasi maraqlarını dəstəkləməyə kömək edib.

Qeyd edək ki, Tatyana Jdanok 1998-ci ildə "Latviya Rusiya İttifaqı"nın yaradılmasında iştirak edib. 2004-cü ildə Avropa Parlamentinin üzvü olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR