Onlayn ictimai-siyasi qəzet
Latviya hakimiyyəti ölkədə yaşayış icazəsinin müddəti bitmiş 841 Rusiya vətəndaşına ölkəni tərk etməyi tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Latviya Miqrasiya və Vətəndaşlıq İdarəsinin (PMLP) rəsmi saytında yer alıb.
Qeyd olunur ki, iyulun 15-dən etibarən Latviya artıq biometrik məlumatları olmayan Rusiya xarici pasportlarını tanımır. Həmçinin, belə pasportlara viza verilişi dayandırılıb və biometrik pasportu olmayan Rusiya vətəndaşlarının müvəqqəti yaşayış icazəsi üçün müraciətləri qəbul edilmir.
Bu addımlar Rusiya vətəndaşlarının Latviya ərazisində qalma imkanlarını ciddi şəkildə məhdudlaşdırır və deportasiya prosesini daha da sürətləndirir.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ