İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Rusiya vətəndaşlarına bütün növ vizaların verilməsini dayandırır

Ötən ilin sentyabrında Estoniya, Litva, Latviya və Polşa ruslara, o cümlədən üçüncü ölkələr tərəfindən verilmiş Şengen vizası olanlara girişi qadağan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkə prezident Edqars Rinkeviç deyib ki, Latviya hökuməti Rusiya vətəndaşlarına bütün növ vizaların verilməsini dayandırır.

Onun sözlərinə görə, Latviya hakimiyyəti Rusiyadakı vəziyyətin inkişafını izləyir və müttəfiqlərlə məlumat mübadiləsi aparır.

"Rusiyadakı hadisələrə görə Latviya humanitar və ya digər növ vizalar verməyəcək", - Rinkeviç Tvitter hesabında bildirib.

"Hazırda Latviya üçün birbaşa təhlükə yoxdur", - prezident qeyd edib.

Rinkeviçin sözlərinə görə, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşları üçün tətbiq edilən sərhəd-keçid məhdudiyyətləri dəyişməyəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR