İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya prezidenti COP29-da iştirak edəcək

"Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirak edəcək".

Bu barədə APA-ya açıqlamasında Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.

"İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq", - deyə səfir əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR