İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Latviya Prezidenti Eqils Levits martın 8-də Azərbaycana rəsmi səfər edəcək.

“Report”un məlumatına görə, Latviya dövlət başçısı Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Üstəlik, E.Levitsin martın 9-dan 11-dək Bakıda keçiriləcək Qlobal Bakı Forumunda iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, X Qlobal Bakı Forumu “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçiriləcək. Forumda enerji təhlükəsizliyi məsələləri, Avrasiya məkanında nəqliyyat dəhlizlərinin aktuallığı, Çinin qlobal inkişafda rolu və digər məsələlər müzakirə ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR