İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya parlamenti sovet dövrünə aid abidənin sökülməsinə icazə verib

Latviya Seymi Riqada yerləşən Qələbə parkındakı sovet abidəsinin sökülməsinə hüquqi maneələri aradan qaldıran düzəlişi qəbul edib.

APA "lsm.lv"yə istinadən xəbər verir ki, düzəliş layihəsi Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən təqdim olunub.

“Latviya Respublikası ilə Rusiya Federasiyası arasında 1994-cü il aprelin 30-da Moskvada imzalanmış müqavilələr haqqında” qanuna düzəliş qəbul edilib.

Yeni düzəliş “Rusiya Federasiyası hökuməti ilə Latviya Respublikası hökuməti arasında Rusiya Federasiyasının hərbi pensiyaçılarının və onların respublika ərazisində yaşayan ailə üzvlərinin sosial müdafiəsi haqqında” Sazişin 13-cü maddəsinin icrasının dayandırılmasını müəyyən edir. 13-cü maddə Latviyada memorial strukturların təhlükəsizliyi təminatını da nəzərdə tuturdu.

13-cü maddə mayın 16-dan etibarən qüvvədən düşəcək. Bu, Rusiya Ukraynaya qarşı beynəlxalq hüququ pozuntusunu dayandırana, qoşunlarını Ukrayna ərazisindən çıxarana, beynəlxalq hüquq normalarına uyğun olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam bərpa edənə və beynəlxalq hüququn pozulmasına görə Ukraynaya kompensasiya ödəyənə qədər etibarlı olacaq.

Xarici Əlaqələr Komitəsinin sədri Riçard Kols bir müddət əvvəl bildirmişdi ki, Seym sazişin 13-cü maddəsinin qüvvədən düşdüyünü elan edərsə, “işğal sütunu” (abidə) devriləcək. Eyni zamanda, Riçard Kols TV3 telekanalına müsahibəsində deyib ki, paralel olaraq ölkə səviyyəsində sovet abidələrinin sökülməsi ilə bağlı müddətlər müəyyən edilməklə qanun qəbul edilməli və lazım gələrsə, buna dövlət tərəfindən maliyyə ayrılmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR