Onlayn ictimai-siyasi qəzet
Əslən bakılı Rusiyanın Xalq artisti Larisa Dolinanın evinə hücum olunub.
Musavat.com olay-a istinadən bildirir ki, bu haqda "112" telegram kanalı məlumat yayıb.
Bildirilib ki, saat 10 radələrində dörd naməlum şəxs paytaxtın Xamovniki rayonunda elit binanın qapalı ərazisinə daxil olaraq sənətçinin mənzilinə keçməyə cəhd edib.
Çağırılmamış qonaqlar iddia edirlər ki, onlar ümumiyyətlə qonaq deyil, bu mülkün sahibləridir. Müğənni isə həmin vaxt evdə olmayıb. Təhlükəsizlik evin girişlərini bağlayıb və ulduzun evinə girməyə çalışanlara icazə verməyib.
Ev Mülkiyyətçiləri Cəmiyyətinin əməkdaşlarının xahişi ilə çağırılmamış qonaqlardan biri ingilis dilində xarici pasportunu təqdim edib.
Daha əvvəl Xalq artistinin mənzilinin hərraca çıxarıldığı məlum olub. Çox güman ki, bunu fırıldaqçılar edib. Ola bilsin ki, ulduzun mülkünü sadəlövhlüklə alan alıcılardan bəziləri mənzilə girməyə çalışırlar.
"Shot" teleqram kanalının məlumatına görə, polis hadisə yerinə gəlib və bütün "yeni sahiblər" saxlanılıb. Yaşayış kompleksinin meneceri əmin edib ki, heç bir alqı-satqı əməliyyatı olmayıb, mənzil əvvəlki kimi Larisa Dolinaya məxsusdur.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ