İnsanlara hürriyət, millətlərə istiqlal!

​​​​​​​Laçında həlak olan hərbçilərimizlə vida mərasimi keçirilib

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilib.

Mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq.

Həmçinin Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundovla Xaçmaz rayonunun Sayad kəndində vida mərasimi keçirilib. Mərasimdə mərhumun yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

S.Axundov Sayad kənd məzarlığında dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR