İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında 35-dən çox sənaye və istehsalat müəssisəsi qurulub

Laçın rayonunda ümumilikdə 35-dən çox sənaye və istehsalat müəssisəsi qurulub.

"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin müəssisələrdə Laçın sakinləri çalışır, əməkhaqqı isə yaşayış şəraitinə uyğun tənzimlənir:

"Sakinlərin nəqliyyat əlçatanlığı normal səviyyədə təmin olunub. Laçın şəhəri, Sus və Zabux kəndləri, "Zerti" Sənaye Kompleksi arasında marşrut xətləri istifadəyə verilib. Bu yaxınlarda şəhərlərarası nəqliyyatın asanlaşdırılması üçün irihəcmli nəqliyyat vasitələrinin istifadəyə verilməsinə nail olacağıq.

Bərdə-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın və Sumqayıt-Laçın, Bakı-Laçın müntəzəm marşrut xətlərinin istifadəyə verilməsi də planlaşdırılıb, bununla bağlı müsabiqə elan edilib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR