İnsanlara hürriyət, millətlərə istiqlal!

KXDR-də hərbi-siyasi rəhbərlik dəyişib

KXDR Silahlı Qüvvələrinin rəhbərliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən dəyişib.

"Report" xəbər verir ki, bu barədə Koreya mətbuatı məlumat yayıb.

Mərkəzi Komitənin katibi, Hərbi Komitənin sədr müavini Pak Çonq Çon tutduğu vəzifədən azad edilib. O, ölkədə KXDR lideri Kim Çen Indan sonra baş hərbçi olub.

Onu əvvəllər müdafiə naziri postunu tutan Li Yonq Gil əvəz edəcək. Park Çunq Çon həm də Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü olub.

Kan Sun Nam müdafiə naziri, Pak Su İl Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, Li Tae Seob isə ictimai təhlükəsizlik naziri təyin edilib.

Kadr dəyişikliyinin səbəbləri məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR