Onlayn ictimai-siyasi qəzet
KXDR zibillə dolu olduğu güman edilən hava şarlarını Koreya Respublikasına doğru göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreya paytaxtının (Seul) meriyası məlumat yayıb.
Bu ilin may ayından bu yana Şimali Koreyadan 25 dəfə şarla zibil balonları gəlib. Bu müddət ərzində KXDR ərazisindən 5 mindən çox hava şarı buraxılıb. Əvvəlki buraxılış oktyabrın 4-də baş tutub.
Qeyd edək ki, bundan əvvəl Pxenyan Cənubi Koreyanın qeyri-kommersiya təşkilatları tərəfindən KXDR-ə təbliğat vərəqələri atılmasını cavabsız qoymayacağını bildirmişdi.
Oktyabrın 3-də cənublu fəallar dəniz yolu ilə içərisində ərzaq, dollar, dini ədəbiyyat və Cənubi Koreya seriallarından ibarət USB disklər olan 700-ə yaxın bağlamanı şimala göndərməyə cəhd ediblər.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ