İnsanlara hürriyət, millətlərə istiqlal!

Küveyt bu dəfə İranla Səudiyyə Ərəbistanının arasına girdi

İran dövləti Səudiyyə Ərəbistanı və Küveyt arasında Dürrə qaz yatağının birgə istismarı haqqında imzalanan sazişə etiraz edib.

Musavat.com xarici agentliklərə istinadən bildirir, İran XİN nümayəndəsi Saib Xatibzadə bununla bağlı xüsusi bəyanat verib.

Qeyd etmək lazımdır ki, Dürrə qaz yatağı əslində İran, Səudiyyə Ərəbistanı və Küveytin müştərək sahibliyində hesab olunur. Yatağın müəyyən hissəsi Küveytlə İranın hələ hüdudları dəqiqləşdirilməmiş akvatoriyalarına düşür.

İran rəsmiləri bu səbəbdən bu sazişin qeyri-qanunui olduğunu və yatağın hüquqi statusuna heç bir təsir göstərməyəcəyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR