Onlayn ictimai-siyasi qəzet
Ukrayna Baş Qərargahı Pokrovskinin işğal edilməməsi üçün elit briqadasından olan “Qara-dağ” hərbi birləşməsini şəhərin müdafiəsinə göndərib.
Musavat.com xəbər verir ki, bu barədə ilk məlumatı hələ həftənin əvvəlində “Forbes” nəşri yayıb.
Nəşrin xəbərində bildirilir ki, Ukrayna komandanlığı 60 min əhalisi olan şəhərini qorumaq üçün 2 min nəfərdən ibarət elit briqadasını döyüşə göndərməsinin səbəbi bəllidir.
Şəhər dəmir və quru yollarının keçdiyi strateji əhəmiyyətli nəqliyyat qovşağıdır.
“Qara-dağ” briqadası haqqında məlumdur ki, o, 2014-cü ildə yaradılıb, Zaporojye şəhərində yerləşir. Krımdakı eyniadlı dağın şərəfinə "Qara-dağ" adını alıb. Briqada Ukrayna Qəhrəmanı, leytenant Boqdan Zavadanın adını daşıyır. Şəxsi heyətdən başqa elit birləşmənin sərəncamında tanklar da daxil olmaqla ağır zirehli texnikaları var.
Rusiyalı hərbi ekspertlətin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda hələ də tam və yaxşı təchiz olunmuş ən azı 5 briqadası var. Ekspertlərin fikrincə, Pokrovskinin işğalı ruslara Donbassda Ukraynanın əsas logistik qovşağına tam nəzarət imkanı verəcək.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş spikeri Vladislav Seleznev hesab edir ki, sentyabrın ortalarına, bəlkə də sentyabrın sonunadək Pokrovskini qorumaq mümkün olarsa, rusların hücum potensialı zəifləyı bilər.
Pokrovski Donetskdən 66 km şimal-qərbdə, Dnepropetrovsk vilayətinin inzibati sərhədi yaxınlığında yerləşir.
Dobropolye, Mirnoqrad, Novoqrodovka və Selidovo şəhərləri və onlara bitişik kiçik yaşayış məntəqələri ilə birlikdə Pokrovsk şəhər aqlomerasiyasını təşkil edir.
2022-ci ilin yanvarına Pokrovsk əhalisinin sayı 60 min nəfər olub. 2001-ci ildəki son siyahıyaalmaya əsasən, əsas etnik qruplar ukraynalılar (75,04%) və ruslar (22,09%) olub.
Pokrovsk böyük bir dəmir yolu qovşağıdır, bundan əlavə, şəhərdən Pokrovsk - Karlovka - Donetsk avtomobil yolları keçir. Pokrovskın strateji əhəmiyyəti ondan ibarətdir ki, o, Donbassdakı Ukrayna Silahlı Qüvvələri qrupunun, o cümlədən Toretsk, Konstantinovka və Çasov Yar şəhərləri, həmçinin Slavyansko-Kramatorsk aqlomerasiyası üçün ən mühüm təchizat mərkəzidir.
Bu arada Ukraynanın Nyu-York, Rusiyanın isə Novoqordsk adlandırdıqları şəhərə nəzarət haqda da ziddiyyətli xəbərlər yayılıb. Sentyabrın 7-də axşam saatlarında məlub olub ki, “Azov”çuların dəstəyi ilə Nyu-Yorkun şimal hissəsinin azad etməyə nail olublar.
Sentyabrın 8-də Rusiya mənbələri ordu bölmələrinin Nyu-Yorkda kifayət qədər böyük bir düşmən qrupunun mühasirəyə alındığı xəbərini yayıb. Donbası tam itirmək təhlükəsi ilə üzləşmiş Ukrayna ordusu Rusiyanın sərhədyanı Kursk vilayətində irəliləməyə cəhdlər edir.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ