İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürd deputat türklərin cəzalandırılmasını istədi - absurd

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərindən İran parlamentinə deputat seçilən kürd əsilli Hakim Mamakan martın 22-də Urmiyada keçirilən aksiyada iştirak edənlərə qarşı cəza tədbrlərinin görülməsini istəyib.

Musavat.com Gunaz.tv -yə istinadən bildirir ki, deputat bu barədə özünün sosial media hesabında paylaşım edib.

“Birliyi pozanlar və milli təhlükəsizliyə qarşı çıxanlarla bağlı ölçü götürülməlidir",- kürd deputat yazıb.

Xatırladaq ki, martın 18-də Qərbi Azərbaycanda yaşayan kürdlər və başqa bölgələrdən gətirilən kürd əsilli qonaqlar Urmuda bayram mərasimi keçirib və “Urmiya Kürdüstandır”, şüarları səsləndiriblər. Bundan sonra, martın 22-də 10 minlərlə azərbaycanlı Urmunun mərkəzi küçələrində miliyyətçi kürdlərin torpaq iddialarına qarşı aksiya keçiriblər. Aksiyada "Urmiya türkündür, türkün olacaq", "Azərbaycan oyaqdı, kürdlər bizə qonaqdır", "bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz" və başqa bu kimi şüarlar səsləndiriblər.

Aksiya şiyələrin birinci imamı Əli ibn Əbitalibin vəfat gününə təsadüf etdiyinə görə, yas mərasiminə gələnlər də aksiyaçılara qoşulduğu üçün bu daha izdihamlı mitinqə çevrilib.

Qeyd edək ki, kürd əsilli deputat Hakim Mamakan, Qərbi Azərbaycan əyalətində türklərə, Azərbaycan türkcəsi və mədəniyyətinə qarşı qərəzli mövqe və çıxışlarına görə tanınıb.

Urmuya iddia edən kürd separatçılarının cəzalandırılmasını tələb etməli olduğu halda, türklərə qarşı tədbir görülməsini tələb etməklə o, mövqeyini tam qətiləşdirmiş olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR