Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, iyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində 3 nəfər batıb. Onların meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Musavat.com xəbər verir ki, Kür çayında çimərkən boğulanlar şəxslərin adları məlum olub.
Onlar Cəngan kənd sakinləri 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğludur.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ