İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuleba: “Emmanuel Makronun mövqeyi iyrəncdir”

“Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir”.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya “Twitter“də yazıb.

“Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya “idman siyasiləşdirilməməlidir” və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir”, - deyə Kuleba bildirib.

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR