İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçə itlərini uşaqların canındannecə uzaqlaşdırmalı...

Günümüzün bəlası - itin dişlədiyi uşaq bu travmaları yaşayır 

“Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyətində hər hansı irəliləyiş yoxdur”. Bunu  Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd deyib.

O qeyd edib ki, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır.

Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Həkimlər bildirir ki, itlərin, xüsusilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsi nəticəsində dərinin tamlığı pozulur, yumşaq toxumaların deşilmiş və cırılmış yarası əmələ gəlir. İtlərin ağzında çoxlu xəstəlik törədən mikroblar, tetanus xəstəliyi törədiciləri və quduzluq virusları olur. İt dişləyən zaman itin tüpürcəyi ilə birlikdə həmin mikroblar yaraya düşür və oradan da qana keçir. Virus bədənə düşdükdən sonra çoxalmağa başlayır, xüsusilə sinir hüceyrələrinin zədələnməsi baş verir. İnsanlarda sudan qorxma, işıqdan qorxma əlamətləri olur. Getdikcə beyin pozuntuları və sinir impulslarının pozulması baş verir və insan boğulmadan, qırtlaq bölgəsində qıcolmalardan dünyasını dəyişir. Quduzluq çox ağır xəstəlikdir, heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə olunmasa, 100 faiz hallarda ölümlə nəticələnir.

Tibbi ekspert qeyd edir ki, istənilən halda heyvan dişləməsi zamanı dərhal tədbir görmək lazımdır. İlk növbədə, həmin heyvan 40 gün nəzarətdə saxlanmalıdır. İnsana profilaktik olaraq quduzluq əleyhinə vaksin vurulmalıdır. 40 gün ərzində heyvanda hər hansı qəribə hallara rast gəlməsəz, qorxuya ehtiyac yoxdur.

Əgər qanaxma çox güclü deyilsə, qanaxmanı dayandırmağa tələsməyin. Çünki yaraya düşmüş mikroblu tüpürcək də qanla birlikdə yaradan kənarlaşır. Yaranı axar su altında sabunla yaxşıca yumaq lazımdır. Quduzluq virusları sabunun qələvi mühitində ölür. Paltar sabunu daha çox qələvidir, ona görə paltar sabunu daha yaxşıdır. İt dişlərinin əmələ gətirdiyi yaranı kifayət qədər yuduqdan sonra üzərinə təmiz (steril) material (bint, marli, salfetka və s.) qoyun. Yaranı sıxan sarğı qoymayın. Təcili yardım briqadası gəlməyi mümkün deyilsə, həkimə getmək lazımdır. Çünki quduzluq əleyhinə vaksin vurulması və digər tibbi yardım həkim tərəfindən göstərilir.

Valideyn bilməlidir ki, uşağı it dişləyibsə, ona vaksin vurulmalıdır. Bir dəfə iynə vurulması ilə iş bitmiş sayılmır. Bu, diqqətdə saxlanılmalı və dəyişikliyə uyğun olaraq müalicə də təyin edilə bilər. Ağırlaşma olmadığı təqdirdə isə profilaktiki dozalar vurulmalıdır. Poliklinikalarda belə iynələr olmalıdır. Əgər iynələr vurulmasa, 40 gün sonra xəstəlik pik həddə çatır və bundan sonra xəstəni xilas etmək mümkün olmur. İt dişləməsi nəticəsində dərinin tamlığı pozulur, yumşaq toxumaların deşilmiş və cırılmış yarası əmələ gəlir. İtlərin ağzında çoxlu xəstəlik törədən mikroblar, tetanus xəstəliyi törədiciləri və quduzluq virusları olur. İt dişləyən zaman itin tüpürcəyi ilə birlikdə həmin mikroblar yaraya düşür və ardınca da qana keçir. Virus bədənə düşdükdən sonra çoxalmağa başlayır, xüsusilə sinir hüceyrələrinin zədələnməsi baş verir. İnsanlarda sudan qorxma, işıqdan qorxma əlamətləri olur. Getdikcə beyin pozuntuları və sinir impulslarının pozulması baş verir və insan boğulmadan, qırtlaq bölgəsində qıcolmalardan dünyasını dəyişir. 

İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir və sonda mərkəzi sinir sistemini məhv edir. Xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxındırsa, xəstəliyin gizli dövrü bir o qədər qısa olur. Yəni əgər zədə yuxarı ətraflarda, başda, üzdə olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir. Əgər it insanın ayaq barmaqlarını dişləsə, xəstəliyin başlanmasına müəyyən vaxt lazım olacaq. Bu zaman vaksinin mütləq effekti olacaq. Ancaq xəstəlik əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır. Ümumiyyətlə, quduzluq sağalmayan xəstəlikdir, vaksin xəstəlik başlanana qədər vurulmalıdır ki, xəstəliyin qarşısı alınsın. 

Məlumdur ki, stress uşaqlarda daha ciddi fəsadlar törədir. Çünki uşaqlar yaşadıqları dərd haqqında məlumat verə bilmir. Uşaqlar ailədə və cəmiyyətdə əhalinin qayğıya, köməyə  və himayəyə daha çox ehtiyac duyan təbəqəsi sayılırlar. Bununla yanaşı, onlar da böyüklər kimi, təbii və texniki fəlakət zonalarında ağır fiziki və psixoloji sarsıntılara məruz qalır, hərbi əməliyyatların şahidi olur, girova çevrilirlər. Eyni zamanda uzunmüddətli xəstəliklər və müxtəlif səbəblərdən xəstəxanaya düşmək uşaqlarda travmatik simptomların yaranmasına səbəb ola bilər. Burada sadalanan amilləri nəzərdən keçirərək təhlil edək.

Uşaqlarda fobiya və stress yaradan ən ciddi hadisə müharibə və onun dəhşətləridir. Faktlar göstərir ki, hərbi döyüş əməliyyatları ilə bağlı olan hadisələr uşaqların həyatına və sağlamlığına böyük zərbə vurur. Aparılmış tədqiqatların təhlilindən çıxış edib, onu aşağıdakı kimi qruplaşdıra bilərik.

Uşağın və onun yaxınlarının həyatının və sağlamlığının bilavasitə təhlükə ilə üzləşməsi;

Valideynlərini və yaxınlarını itirmək;

Uşağın fiziki travmaya məruz qalması.

Sevinc

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR