Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sahibsiz itlərin hücumu nəticəsində ağır yaralanan 12 yaşlı Eslem Teker bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, məktəbli qız rayon kitabxanasından kitab almaq üçün evinin yaxınlığındakı boş əraziyə çıxarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Ətrafdakı insanlar tərəfindən xilas edilən Teker ağır yaralanıb.
Təcili yardımla Yüksekova Dövlət Xəstəxanasına aparılan qızı xilas etmək mümkün olmayıb.\\oxu.az
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ