İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin toplantısında bu sənədlər imzalanacaq

KTMT-nin Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibləri Şurasının Birgə iclasının iştirakçıları 24 sənədin imzalanması üçün dəvət olunub.

Musavat.com xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas məlumat verib.

İclası giriş sözü ilə açan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan KTMT-də konstruktiv və açıq fikir mübadiləsinə uyğun olaraq beynəlxalq, regional təhlükəsizlik sahəsində mövcud vəziyyəti təhlil edib qiymətləndirə biləcəklərini gözlədiklərini deyib.

Onun sözlərinə görə, gündəm kifayət qədər zəngindir, qəbul ediləcək məsələlərin sırasına həm siyasi, həm müdafiə aspektli, həm də təhlükəsizlik problemləri daxildir.

İclasın gündəliyini KTMT-nin baş katibi Stanislav Zas təqdim edib. O bildirib ki, iclas iştirakçılarından 24 sənədin razılaşdırılması və imzalanması tələb olunacaq. Sənədlər noyabrın 21-də və 22-də onu hazırlayan komissiyaların prosedurlarından keçib. Görüş zamanı hərbi-siyasi vəziyyətin müzakirəsi təklif olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR