İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-nin “Sarsılmaz qardaşlığı" sarsılır - 2022-ci il təlimləri ləğv edilib

KTMT-nin “Sarsılmaz qardaşlıq – 2022” təlimləri ləğv edilib.

Konkret.az xəbər verir ki, bu barədə Qırğızıstanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, qərar Qırğızıstanın Müdafiə Nazirliyi tərəfindən qəbul edilib.

Oktyabrın 10-dan 14-dək Balıqçıdakı Edelveys təlim mərkəzində keçirilməli olan “Sarsılmaz qardaşlıq – 2022” komanda-qərargah təlimləri Qırğızıstanın Müdafiə Nazirliyi tərəfindən ləğv edilib.

“Sarsılmaz qardaşlıq – 2022″ təlimləri rəhbərliyin qərarı ilə ləğv edilib”, – deyə nazirliyin sözçüsü bildirib.

Ləğv səbəbi hələ məlum deyil. KTMT hələlik təlimlərin ləğvinə münasibət bildirməyib.

Bu təlimlərdə, planlaşdırıldığı kimi, Tacikistan hərbçiləri iştirak etməli idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR