İnsanlara hürriyət, millətlərə istiqlal!

“KTMT-nin iclaslarına getsəniz, poqonlarınız düşəcək?”

“Ermənistan hakimiyyəti çox yaxşı başa düşür ki, Moskva ilə düşmənçilik etmək olmaz”.

Musavat.com xəbər verir ki, bu sözləri daşnak deputat Armen Rüstəmyan deyib.

“Buna görə də qeyri-müəyyən bəyanatlar verilir. Amma təbii ki, bu, uzun sürə bilməz, oriyentasiya vəzifəsi qarşıya qoyulacaq, sonra vəziyyət daha da pisləşəcək, “ya-ya da” vəziyyəti yaranacaq. Qərb deyəcək: ya mənimləsən, ya da mənə qarşısan. Elə Rusiya da eyni sözləri deyəcək. Çünki kiminləsə olmaq başqasına qarşı olmaqdır. Bu gün geosiyasi qarşıdurma həqiqətən də məsələləri bu həddə çatdırıb. “Həm-həm də” prinsipi artıq yoxdur, baxmayaraq ki, Ermənistan buna cəhd etməlidir. Ermənistan Rusiyaya deməlidir: sən mənə nəyi verə bilmirsənsə, mən başqa yolla kompensasiya etməliyəm və bu, düzgün yol olacaq. Diversifikasiyadan danışırlar, doğrudan da diversifikasiya olmalıdır. Elə ona görə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında da iştirak etməliyik. KTMT-nin iclaslarına getsəniz, poqonlarınız düşəcək?”, - Rüstəmyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR