İnsanlara hürriyət, millətlərə istiqlal!

“KTMT Ermənistana bütün yardım tədbirləri təklif etmişdi” - Stanislav Zas  

 

“KTMT Ermənistana bütün yardım tədbirləri, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif etmişdi”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Stanislav Zas danışıb.

“Vəziyyət asan deyil, xüsusən Ermənistanla Azərbaycan sərhədində. Orada demək olar ki, hər gün toqquşmalar baş verir. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım kimi təklif etdiyi tədbirlər paketi sərhədə missiya göndərilməsi də daxil olmaqla bir sıra  siyasi, diplomatik, həm də hərbi tədbirlərlə ümumi dəstəyi nəzərdə tuturdu”, - Zas Belarusun “ONT” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvanda yeganə nail olunmayan məsələ orada (Azərbaycan –Ermənistan sərhədində) yaranmış vəziyyətin ümumi qiymətləndirilməsi ilə bağlı olub.

Xatırladaq ki, ötən həftə İrəvanda keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclasında Ermənistan baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və Ermənistan Respublikasına yardım üzrə birgə tədbirlər haqqında sənədi imzalamaqdan imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR