İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-dən Ermənistan açıqlaması 

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin olmamasından) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Bu, hər şeyi deyir”, - deyə Tasmaqambetov qeyd edib.

“Məlumata görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyır. İstənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır ki, heç bir dövlət və ya təşkilat ona təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”, - KTMT-nin baş katibi vəziyyətə bu cür izah gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR