İnsanlara hürriyət, millətlərə istiqlal!

“Krokus” terrorçularından birinin təcridxanada öldüyü barədə xəbər yayıldı – Təkzib

“Krokus”da terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən birinin ölümü ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir.

Musavat.com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva İctimai Monitorinq Komitəsinin məsul katibi, Rusiya Federasiyası İnsan Hüquqları Şurasının üzvü Aleksey Melnikov danışıb. O deyib:

“Hazırda onların yeri və məhbuslardan hər hansı birinin ölümü ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir. Yalnız onu deyə bilərəm ki, onlar müxtəlif qurumlardadırlar”.

Melnikov əlavə edib ki, terrorçular ömürlərinin qalan hissəsini “tabutda”, yəni 4-6 kvadratmetrlik kamerada keçirəcəklər, yalnız əyilmiş vəziyyətdə, əlləri arxada hərəkət edəcəklər, yaxınlarından heç kəsin onlarla təmas qurmasına icazə verilməyəcək.

“Ömürlük cəza qorxuncdur, ömürlük həbs cəzası alan insanlar görmüşəm, əksəriyyəti tezliklə ölməyi arzulayır. Koloniyadan sonra onlar naməlum qəbirdə dəfn olunacaqlar və onları əbədi cəhənnəm əzabı gözləyir”, - Melnikov deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR