İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda QORXUNC HADİSƏ: 14 hərbçi bir gecədə öldürüldü

Krımda Yevpatoriya yaxınlığında hərbi hissələrdən birində 14 hərbçi ölü tapılıb. Rusiya telegram kanallarının yaydığı məlumata görə, onların hamısı gecə vaxtı yatdıqları yerdə öldürülüblər.

Krımın hərbi administrasiyasındakı mənbənin dediyinə görə, hərbçilərin bir qisminin boğazı kəsilib, bir qismi isə ürəyindən bıçaqlanaraq öldürülüb.

Güman edilir ki, bu əməliyyatı da Sevastopol sahillərində görünən diversantlar həyata keçiriblər. Onların hərbi hissənin mühafizəsini necə xəbərsiz keçə bildikləri sual olaraq qalır.

Hazırda bütün Krımda diversiya qrupunun axtarışları davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR