Onlayn ictimai-siyasi qəzet
Moskvanın Basmannı rayon məhkəməsi Krım körpüsünün partladılması ilə əlaqədar daha 3 nəfərin – Aleksandr Bılin, Oleq Antipov, Dmitri Tyajelıxın həbs edilməsinə dair qərar verib.
AZƏRTAC xəbər verir ki, məhkəmə oktyabrın 9-da Krım körpüsündə terror aktı ilə əlaqədar daha 3 nəfər barəsində dekabrın 8-dək həbs qətimkan tədbiri görülməsini mümkün bilib.
Beləliklə, Rusiya İstintaq Komitəsinin hadisə ilə bağlı təqsirli bildiyi 12 nəfərdən 8-i, o cümlədən 5 Rusiya vətəndaşı, 3 Ermənistan vətəndaşı və 1 Ukrayna vətəndaşı həbs edilib.
Bir neçə gün əvvəl Simferopol məhkəməsi Ermənistan vətəndaşları olan Artyom və Georgi Azatyan qardaşları, eləcə də Artur Terçanyan barəsində həbs qərarı çıxarıb.
04 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ