İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Paşinyanın qərarına REAKSİYA: “Təəssüf edirik”

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə təəssüflənir.

Musavat.com TASS agentliyinə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O deyib ki, əgər bu, həqiqətən də belədirsə, biz təəssüf edirik: “Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının öz iş qrafiki var. Amma belə görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı səbəbdir”, - Kreml nümayəndəsi qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR