İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldə savaş qızışır - Putin hakimiyyətini itirir

“Rusiya lideri Vladimir Putin hakimiyyətini böyük ölçüdə itirib”.

Bunu keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş əməkdaşı Yuri Şvets deyib.

“Müşahidələrimə əsasən ölkədə hakimiyyətini xeyli dərəcədə itirib”, - keçmiş kəşfiyyatçı bildirib.

Onun fikrincə, “Vaqner” lideri Yevgeni Priqojinlə Rusiya müdafiə naziri Sergey Şoyqu arasında mübahisə dövlətin idarəolunmaz olmasına dəlalət edir.

“Müharibə şəraitində bu olmamalıdır. Priqojinin dedikləri Rusiya silahlı qüvvələrinin rəhbərliyini amansızcasına gözdən salmaqdır”, - Şvets əlavə edib.

Yevgeni Priqojin “Vaqner”in Rusiyanın nizami ordusunun tərkibinə daxil edilməsi əmri ilə bağlı Sergey Şoyquya sərt cavab vermişdi. Priqojin bildirmişdi ki, “Vaqner” üzvləri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayacaqlar./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR