İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Xersonu tərk etməyi alçaldıcı hesab etmir

“Kreml Rusiya ordusunun Xersondan çıxarılmasını və qoşunların Dnepr çayının sol sahilinə köçürülməsini alçaldıcı hesab etmir”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Peskov regionun statusunun Rusiya üçün dəyişmədiyini vurğulayıb: “Xerson Rusiya Federasiyasının subyektidir. Burada dəyişiklik yoxdur və ola da bilməz”.

O, həmçinin jurnalistlərə Xerson istiqamətindəki vəziyyətlə bağlı şərh almaq üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR