İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: “Ukrayna rus əsgərlərinin meyitlərini geri alacaq – say dəqiqləşdirilir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bir sıra sərt və diqqətçəkən bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, Peskov Ukraynaya qarşı döyüşlərdə həlak olmuş Rusiya hərbçilərinin meyitlərinin geri qaytarılması ilə bağlı dəqiq sayın hələ müəyyənləşdirilmədiyini bildirib: “Meyitlərin sayı üzərində dəqiqləşdirmə işləri aparılır. Hələlik tam rəqəmlər yoxdur”.

Onun sözlərinə görə, Rusiya artıq bir neçə gündür Ukrayna sərhədindədir və Ukrayna Silahlı Qüvvələrinin (VSU) həlak olmuş əsgərlərinin cəsədlərinin təhvil verilməsinə hazırdır: “Bu, faktdır və biz prosesə açığıq”.

Digər açıqlamalarında Peskov Avropa ilə gələcək razılaşmalar üçün hələlik heç bir “təmas nöqtəsinin” olmadığını bildirib: “Avropadan heç bir siqnal gəlmir. Onlar hazırda sülh yox, müharibə xəttini seçiblər və militarist ritorika ilə məşğuldurlar”.

Bununla yanaşı, Peskov ABŞ və Rusiya arasında daimi təmasların davam etdiyini vurğulayıb: “Bu əlaqələr mövqelərimizi anlamağa və irəliləməyə kömək edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR