İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml SON NÖQTƏNİ qoydu - Makronun ümidləri puç oldu

Hər fürsətdə Rusiya-Ukrayna müharibəsində vasitəçi roluna can atdığını dilə gətirən Fransa prezidenti Emmanuel Makronun xəyalı Kremlin açıqlamasından sonra puç olub.

Musavat.com xəbər verir ki, Makronun Fransanın Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamaq cəhdlərini dəyərləndirən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Fransa vasitəçilik hüququ iddia edə bilməz.

Peskov bunun səbəbini Fransanın müharibədə tərəf tutması ilə izah edib: “Paris dolayısı ilə və birbaşa olaraq Ukrayna məsələsində iştirak edir”.

Daha əvvəl Fransanın rolunu “vasitəçi güc” olaraq xarakterizə edən Makron Rusiyanin lehinə açıqlamalar vermiş, “Müharibə bitən gün diplomatik kanallarla çıxış yolu qura bilmək üçün Rusiyanı aşağılamamalıyıq” demişdi. Bundan sonra Makron ritorikasını dəyişərək “Ukrayna müharibədə qalib gəlməlidir” deyə açıqlama vermişdi.

Makronun bu açıqlamaları “U” dönüşü kimi şərh edilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR